"Bavariya" qış "transfer pəncərəsi" dövründə "Barselona"nın yarımmüdafiəçisi Dani Olmonu heyətinə qatmağı nəzərdən keçirir. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

 

Münhen klubu ispaniyalı yarımmüdafiəçini heyətinə qatmaq üçün 90 milyon avro ödəməyə hazırdır. Olmonun çoxfunksiyalılığı "Bavariya"nın baş məşqçisi Vinsent Kompanini xüsusilə cəlb edən əsas amildir.

 

Qeyd edək ki, Dani Olmonun "Barselona" ilə hazırkı müqaviləsi 2030-cu ilin iyununadək qüvvədədir.