La Liqa "Xetafe"nin müdafiəçi Dani Karvaxalı heyətinə qatmasına icazə vermir. Sport24.az xəbər verir ki. bu barədə İspaniya mətbuatı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, La Liqa rəhbərliyi Karvaxalın 400 min avro məbləğində maaşla razılaşmasından narahatdır. Belə ki, o, əvvəllər "Real"da 10 milyon avro qazanırdı.

 

Bundan əlavə, "Xetafe"nin maaş limitində də lazımi yer yoxdur.

 

Qeyd edək ki, 34 yaşlı Karvaxal "Real"ın yetirməsidir və 2013-2026-cı illər ərzində bu klubda çıxış edib və müqavilə müddəti bitdikdən sonra "Kral klubu"nu tərk edib. O, hazırda azad agent statusundadır.