Misli Premyer Liqasının 7-ci turunun ilk oyun gününə paytaxtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" "doğma divarlar" arasında "Sabah"ı qəbul edir.

 

Bu oyun nəinki günün, hətta turun mərkəzi qarşılaşması hesab olunur. Hər iki komandanın hesabında 15 xal olsa da, meydan sahibləri turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Qonaqlar isə ikincidir. Onu da nəzərə almaq lazımdır ki, "Sabah"ın bir görüşü təxirə salınıb. Heç şübhəsiz ki, azarkeşləri çox maraqlı, gərgin idman mübarizəsi şəraitində keçəcək bir oyun gözləyir.

 

Qeyd edək ki, turun digər oyunları sabah və bazar günün baş tutacaq.

 

Misli Premyer Liqası

I dövrə, VII tur

19:30. "Neftçi" – "Sabah" 0:0

 

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Vüsal Məmmədov, Emin Əliyev.

VAR: Kamal Umudlu.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Bakı. "Palms Sports Arena"

 

"Neftçi": 1. Emil Balayev (k) 3. Rüfət Abbasov 77. Falaye Sako 5. İqor Ribeyro 55. Endryu Qravilyon 29. Lyubomir Tupta 33. Breno Almeyda 26. Adeleke Akinyemi 20. Qustavo Klisman 88. Viçko Şevel 11. Alen Şkribek

Ehtiyat oyunçular: 93. Rza Cəfərov 81. Məhdi Həsənov 8. Emin Mahmudov 14. Elvin Bədəlov 7. Emil Səfərov 24. Mustafa Sek 18. İfeanyi Metyu 97. Bassala Sambu 70. Andrey Ştoqrin 10. Freddi Varqas 22. Denzel Jubitana 27. Draqolyub Saviç

"Sabah": 92. Stas Pokatilov (k) 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 21. Velko Simiç 80. Akim Zedadka 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 37. Du Keyros 34. Ksander Severina 18. Karlos Eduardo 4. Eyden Makkarti

Ehtiyat oyunçular: 1. Amin Ramazanov 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 10. Aleksey İsayev 20. Coy Lens Mikels 11. Kahim Parris 33. Junior Almeyda 99. Patrik Mbina 88. Rodriqo Fernandeş 7. Umarali Raxmonaliyev 23. Yunes Laşaab 8. Kristian Nvaçukvu