Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb. Sport24.az xəbər verir ki, o, üçüncü yer uğrunda görüşdə Azərbaycanın digər təmsilçisi Camal Qamzatxanovla qarşılaşıb.

 

Rəqibini məğlub edən Kənan mükafatçılar sırasına düşüb.

 

Bu, Azərbaycanın mundialdakı 6-cı medalı olub.

 

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.

 

Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.