İtaliyanın "Roma" klubunun heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, qapıçı Mile Svilar sıradan çıxıb.

 

Bu barədə "La Gezzetta dello Sport" nəşri məlumat yayıb.

 

Serbiyalı qolkiperin ayaq barmağında sınıq aşkarlanıb. 27 yaşlı "əlcək sahibi" təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, Mile Svilar 2022-ci ilin yayından "Roma"da çıxış edir. O, cari mövsümdə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda qapısında 4 qol görüb. Serbiya millisinin üzvü 3 oyunda çərçivəni toxunulmaz saxlamağı bacarıb.