Misli Premyer Liqasının 7-ci turunun ikinci oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı təmsilçisi "Qəbələ"ni qonaq edir.

 

Hər iki komanda turnir cədvəlinin alt pilllərində yer alıb. Meydan sahibləri 2 xalla 11-ci yerdə qərarlaşıbsa, aktivində 4 xal olan qonaqlar 9-cudur. Bu səbəbdən hər iki kollektivin xala və xallara ehtiyacı var. Qonaqlar uğursuz startdan sonra artıq baş məşqçi dəyişikliyinə gedib. Gürcü Kaxaber Tsxadadzeni şimali makedoniyalı Yeton Bekiri əvəzləyib. Böyük ehtimalla, "Sumqayıt" bu oyunda da xalsız qalsa, eyni aqibəti portuqaliyalı Filipe Kandido yaşayacaq.

 

Qeyd edək ki, tura sabah keçiriləcək "Şəfa" - "Turan Tovuz" və "İmişli" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

 

Misli Premyer Liqası

I dövrə, VII tur

19:30. "Sumqayıt" - "Qəbələ"

 

Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Kərim Zeynalov, Murad Səlimov
VAR: Əliyar Ağayev 
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ramil Diniyev 
AFFA nümayəndəsi: Anar Şixəliyev
Sumqayıt. "SOCAR Polymer Arena".

 

"Sumqayıt": 16. Marko Yohanson 29. Emil Mustafayev 9. Jeam Oliveyra 4. İsa Suliman (k) 42. Sedrik Badolo 10. Ronaldo Vaskez 80. Keffel Resende 55. Lukas Blek 11. Mamadi Banqre 21. Tiaqo Almeyda 5. Renan Santana

 

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Aftandil Arixov 7. Rüstəm Əhmədzadə 20. Ayxan Süleymanlı 17. Nihad Əhmədzadə 75. Nadir Orucov 97. Vüsal Paşayev 19. Roi Kehat 27. İmani Barker 71. Masaki Murata

 

Baş məşqçi: Filipe Kandido

 

"Qəbələ": 1. Səlahət Ağayev (k) 4. Elvin Camalov 22. Fərid İsgəndərov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 9. Karim Rossi 12. Kouya Mabea 16. İsaak Amoah 5. Natan Monzanqo 80. Meşak Uboçioma

 

Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 21. Ziya Şəkərxanov 23. Rafael Utziq 8. Endri Çekici 7. Bruno Silva 3. Edson Eduardo

 

Baş məşqçi: Yeton Bekiri