İtaliyanın "Torino" klubunun futbolçusu Roland Mandraqora karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Beşiktaş" yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İstanbul klubu qış transfer dönəmində 29 yaşlı futbolçu üçün danışıqlara başlayacaq. Turin təmsilçisi Mandraqoda üçün 8 milyon avro tələb edir.
Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm A Seriyasında 3 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.