Azərbaycan cüdoçusu Camal Qamzatxanov (+100 kq) Bakıda təşkil olunan dünya çempionatında növbəti görüşünə çıxıb. Sport24.az verir ki, o, yarımfinalda rusiyalı İnal Tasoyevlə qarşılaşıb.
Rəqibinə məğlub olan Camal bürünc medal uğrunda görüşə çıxacaq.
Qamzatxanov bu mərhələdə Azərbaycanın digər təmsilçisi Kənan Nəsibovla üz-üzə gələcək.
Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.