"Tottenhem" Premyer Liqanın 6-cı turunda "Mançester Yunayted"ə qarşı keçirəcəyi oyundan sonra İspaniyanın Marbella şəhərində təlim-məşq toplanışı təşkil edəcək. Sport24.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Roberto De Zerbinin rəhbərlik etdiyi komanda ilk beş matçda heç bir qələbə qazana bilməyərək Premyer Liqa turnir cədvəlinin son pilləsində qərarlaşıb. London təmsilçisinin aktivində iki xal var.
İtaliyalı baş məşqçi ümid edir ki, İspaniyadakı təlim-məşq toplanışı futbolçuların nəticələrini yaxşılaşdırmasına və komanda daxilindəki əhval-ruhiyyəni yüksəltməsinə kömək edəcək. "Mançester Yunayted"lə oyundan sonra komandanın növbəti matçına – "Koventri" ilə qarşılaşmaya qədər doqquz günlük fasiləsi olacaq.