"Yuventus" argentinalı yarımmüdafiəçi Nikolas Qonsaleslə müqavilənin müddətinin uzadıldığını açıqlayıb. Sport24.az Turin klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun yeni müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədə olacaq.
Qonsales 2024-cü ildən "Yuventus"da çıxış edir. Argentinalı futbolçu ötən mövsümü icarə əsasında Madrid "Atletiko"sunda keçirib.
Qeyd edək ki, cinah oyunçusu 2026/27 mövsümündə bütün turnirlərdə beş oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.