"Liverpul" İngiltərə Premyer Liqasının VI turu çərçivəsində doğma meydanda "Mançester Siti"ni qəbul edəcək. Sport24.az xəbər verir ki, Mersisayd təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.
Bu barədə komandanın baş məşqçisi Andoni İraola məlumat verib.
Aleksandr İsakla Kodi Qakpo vacib matçda komandaya kömək edə bilməyəcək. Hər iki futbolçu zədəlidir.
Qeyd edək ki, "Liverpul" - "Mançester Siti" qarşılaşma 11 oktyabr tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.