"İnter"dən ayrılan Matteo Darminanın yeni ünvanı məlum olub. Sport24.az xəbər verir ki, müdafiəçi "Bolonya"ya keçib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

36 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, İtaliya yığmasının sabiq üzvü olan Darmian karyerası ərzində ölkəsində "Milan", "İnter", İngiltərədə "Mançester Yunayted" kimi klublarda forma geyinib.