İngiltərənin "Nyukasl" və "Everton" klubları "Qalatasaray"ın yarımmüdafiəçisini transfer etmək istəyirlər. Sport24.az xəbər verir ki, söhbət Qabriel Saradan gedir.
Bu barədə "Takvim" nəşri məlumat yayıb.
"Nyukasl" yayda da braziliyalı oyunçunu gündəminə almışdı. Həm "sağsağanlar", həm də "Everton" yanvarda 28 yaşlı futbolçu üçün Türkiyə çempionuna təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, "Qalatasaray" Qabriel Saranı 2024-cü ilin yayında "Norviç"dən 18 milyon avroya transfer edib. Braziliya milli komandasına da dəvət alan yarımmüdafiəçi cari mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.