Təxminən 20 günlük fasilədən sonra Misli Premyer Liqasında fasilə bitir. Sport24.az xəbər verir ki, bu gün artıq 7-ci tura start verilir. Hesabat həftəsinin ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

 

Günün ilk oyununda "Araz-Naxçıvan" ev oyunlarını keçirdiyi Şamaxıda "Kəpəz"i qonaq edir. Nominal meydan sahibləri millinin oyunlarına görə yaranmış fasilədə baş məşqçi dəyişikliyi edib. Cavid Hüseynovla yolları ayıran Naxçıvan təmsilçisi "sükan arxasına" ukraynalı Yuri Maksimovu dəvət edib. Qonaqlar hazırda 7 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıbsa, "Araz-Naxçıvan" 2 xalla zirzəmidə qərarlaşıb.

 

Qeyd edək ki, qarşılaşmanın start fiti saat 16:00-da səslənəcək.

 

Misli Premyer Liqası

I dövrə, VII tur

16:00. "Araz-Naxçıvan" - "Kəpəz"

 

Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Tərlan Talıbzadə, Niyaz Əhmədov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Şamaxı. Şəhər stadionu

 

"Araz-Naxçıvan": 99. Tərlan Əhmədli 29. Ceyhun Nuriyev 2. Abdulla Rzayev 9. Ağadadaş Salyanskiy 27. Boyan Letiç 6. Patrik Andrade (k) 17. İssuf Paro 11. Mohamed Mara 12. Bruno Franko 5. Luka Dumançiç 23. Alberto Fernandes

Ehtiyat oyunçular: 1. Artur Auqusto 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 13. Qabil Əlizadə 8. Mustafa Əhmədzadə 53. Fərid Tağıyev 21. İbrahim Piriyev 10. Şarl Boli 19. Abdallah Sudi

"Kəpəz": 1. Rojerio Santos 34. Urfan Abbasov (k) 7. Namik Ələskərov 9. Kennet Kalunqa 66. David Domqjoni 11. Viktor Stina 33. Benito 3. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze 27. Desmond Akua

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli 81. Elgün Bayramov 10. Rəhman Hacıyev 6. Vadim Abdullayev 20. Rafael Məhərrəmli 8. Şakir Seyidov 5. Hüseyn Babayev 17. Ümid Səmədov 19. Fərid Kələntərov 2. Arzu Atakişiyev 70. Şahnur İsmayılov 23. Raul İsaqov