"Everton" klubunun sahibi olan Amerika şirkəti "Friedkin Group" (TFG) İngiltərə klubunun satışını nəzərdən keçirir. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

 

TFG əvvəlcə strateji investorlar axtarışına çıxmışdı. İndi isə qrup nəzarət paketinin satılmasına da hazırdır. Bununla belə, onlar yalnız potensial alıcını klubun gələcək inkişafı üçün uyğun hesab etdikləri təqdirdə razılığa gələcəklər.

 

TFG 2024-cü ilin dekabrında Fərhad Moşiridən 94%-lik payı satın alaraq "Everton"u əldə etdi. Sövdələşmədən sonra yeni sahiblər klubun borcunun əhəmiyyətli bir hissəsini bağlyıblar, yeni investorlar cəlb ediblər.

 

Qeyd edək ki, "The Friedkin Group" "Everton"la yanaşı, İtaliyanın "Roma" və Fransanın "Kann" klublarının da sahibidir.