"Bu tip oyunlarda konkret hansısa komandanın favorit statusunu daşıdığını demək çətindir. Kimin daha üstün olacağını əvvəlcədən təxmin etmək də mümkün deyil".

Bu sözləri Sport24.az-a açıqlamasında Elmar Baxşıyev deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 7-ci turunun mərkəzi qarşılaşmasl olan "Neftçi" - "Sabah" matçından gözləntilərini bölüşüb:

"Belə qarşılaşmalarda hər iki kollektivin şansları bərabərdir. Uzun fasilə də komandaların oyun ritminə müəyyən təsir göstərə bilər. Fasilədən sonra hansı komandanın daha yaxşı formada olacağı və oyun ritmini daha tez bərpa edəcəyi qarşılaşmanın nəticəsinə təsir edən əsas amillərdən biri olacaq. Turnir cədvəlində də komandaların bir-birinə yaxın olması oyunun daha maraqlı və gərgin keçəcəyini düşünməyə əsas verir. Hər iki komanda Bakını təmsil etdiyindən doğma meydan amili o qədər də böyük üstünlük yaratmamalıdır. Bu baxımdan, meydan amilinin həlledici rol oynayacağını düşünmürəm. Əlbəttə, tribunaların dolması futbolçulara əlavə motivasiya verəcək".

Qeyd edək ki, "Palms Sports Arena"da keçiriləcək qarşılaşmanın start fiti saat 19:30-da səslənəcək. "Ağ-qaralar" 15 xalla turnir cədvəlində liderdir. Eyni xala malik "Sabah" ikinci sırasada olsa da, ehtiyatda bir oyunu var