NBA oyunçusu Şay Gilces-Aleksandr Madrid "Atletiko"nun səhmdarlarından biri olub. Sport24.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
"Bu, uzun müddətdir Avropa futbolunun elitasında yer alan bir klubdur. Onun gələcəyinin bir hissəsi olmaq imkanı məni həyəcanlandırır", – deyə idmançı bildirib.
Gilces-Aleksandr ardıcıl iki dəfə (2024–2026) NBA-in müntəzəm mövsümünün ən dəyərli oyunçusu (MVP) seçilib, həmçinin "Oklahoma" çempionluğu qazanarkən 2025-ci ilin final mərhələsinin MVP-si adına layiq görülüb.
Qeyd edək ki, Gilces-Aleksandr ötən mövsümdə hər oyunda orta hesabla 31,1 xal, 4,3 ribaund və 6,6 məhsuldar ötürmə ilə yadda qalıb