Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən "Kəpəz" klubunda maarifləndirici seminar təşkil olunub. Sport24.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tədbirə "Kəpəz" Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının, eləcə də məşqçi və texniki heyətin üzvləri qatılıblar.
AMADA-nın nümayəndəsi dopinq istifadəsinin insan sağlamlığına vurduğu zərərlər, idmançı karyerasını ciddi risk altında qoyduğu barədə danışıb. O, iştirakçılara dopinq nəzarəti prosesi, idmançıların hüquq və vəzifələri, antidopinq qayda pozuntuları barədə məlumat verib.
Həmçinin 2027-ci ildən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsi və beynəxalq standartlardakı yeniliklər diqqətə çatdırılıb.
Sonda məşqçilər və yeniyetmə futbolçular onları maraqlandıran sualları səsləndiriblər, antidopinq biliklərinin artırılması üçün zəruri məlumatlar əldə ediblər.