"Real"ın və Almaniya millisinin sabiq futbolçusu Toni Kroos məşqçilik karyerasına başlamaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Keçmiş yarımmüdafiəçi İspaniya Futbol Federasiyasına lisenziya almaq üçün məşqçilik kurslarına qatılmaq istədiyini bildirib. Onun müraciəti müsbət qarşılanıb.
Kroos A kateqoriyası almağı və böyük klublarda çalışmağı hədəfləyir.
Qeyd edək ki, Almaniyalı keçmiş futbolçu 2024-cü ildə karyerasını bitirib. O, "Bavariya", "Real" kimi klublarda top qovub.