"Bolonya"nın sabiq futbolçusu Tomas Lokatelli komandanın keçmiş baş məşqçisi Domeniko Tedeskonun istefasına münasibət bildirib. Sport24.az xəbər verir ki, Lokatelli 41 yaşlı mütəxəssislə yolların bu qədər tez ayrılmasını gözləmədiyini açıqlayıb:

 

"Bu ayrılığın belə qısa müddətdə baş verəcəyini heç gözləmirdim. Belə qərarlar "Bolonya"nın DNT-sinə xas deyil. Ancaq zaman keçdikcə hər şey dəyişə bilər".

 

Qeyd edək ki, Domeniko Tedesko "Fənərbaxça"dan ayrıldıqdan sonra "Bolonya"nın baş məşqçisi təyin olunmuşdu. İtaliya təmsilçisi A Seriyasında keçirdiyi 4 oyundan sonra mütəxəssislə yollarını ayırıb.