PSJ-nin hücumçusu Usman Dembele və müdafiəçi Nunu Mendeş Liqa 1-in VI turunun "Le-Man"la matçında komandalarına kömək edə bilməyəcəklər. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Baş məşqçi Luis Enrike Millətlər Liqasındakı oyunlardan sonra liderlərə əlavə istirahət verib. Hər iki oyunçu oktyabrın 14-də Çempionlar Liqasının "Mançester Siti"yə qarşı oyununa maksimum dərəcədə hazırlaşmaq üçün çempionat matçından sonra məşqlərə qayıdacaqlar.

 

​Dembele cari mövsümdə 7 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Mendeşin hesabında isə 5 qarşılaşma var.

 

Qeyd edək ki, ​Paris təmsilçisi 5 turdan sonra 8 xal toplayıb və Liqa 1-də 6-cı yeri tutur. PSJ - "Le-Man" matçı oktyabrın 10-da keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.