Donestsk "Şaxtyor"u və PSJ "Palmeyras"ın 18 yaşlı dayaq yarımmüdafiəçisi Luis Felipe Paçekonun transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Terra" məlumat yayıb.

 

Mənbənin sözlərinə əsasən, "Palmeyras" artıq Avropadan gələn bir neçə təklifi rədd edib. Klub maliyyə baxımından cəlbedici təklifləri nəzərdən keçirə bilər, lakin hazırda onu satmaq planı yoxdur. Futbolçunun hələlik komandada qalacağı gözlənilir.

 

Qeyd edək ki, Paçeko cari mövsümdə "Palmeyras"ın heyətində 11 oyuna çıxıb.