"Sassuolo"nun yarımmüdafiəçisi Derril Bakola İtaliya A Seriyasında klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
"Yuventus" fransalı oyunçunu transfer etmək istəyir. Turin nəhəngi 18 yaşlı futbolçunu yanvarda heyətinə qatmaq üçün artıq onun klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, "Sassuolo" Derril Bakolanı bu ilin fevralında "Marsel"dən 10 milyon avroya transfer edib. Fransa U-21 millisinin üzvü cari mövsümdə "yaşıl -qaralar"ın heyətində meydana çıxdığı 6 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.