"Real" "Liverpul"un qapıçısı Giorgi Mamardaşvili ətrafındakı vəziyyəti yaxından izləyir və gələn yay onu heyətinə qatmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "ElGOLdigital" məlumat yayıb.

 

26 yaşlı gürcü qapıçı İngiltərə klubunda mütəmadi oyun təcrübəsi əldə edə bilmir. O, bu mövsüm cəmi bir rəsmi oyunda – sentyabrın 15-də Liqa Kuboku çərçivəsində "Tottenhem"ə qarşı keçirilən və "Liverpul"un 3:1 hesabı ilə qalib gəldiyi matçda meydana çıxıb. 

 

Mamardaşvilinin müqaviləsi 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Bununla belə, gürcü qapıçının gələcəyi Alissondan asılıdır. Braziliyalı qolkiperin müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir və hazırda onun uzadılması ilə bağlı heç bir razılaşma yoxdur.

 

Alisson "Liverpul"da qalsa və əsas qapıçı rolunu qoruyub saxlasa, Mamardaşvili karyerasını başqa klubda davam etdirməyi düşünə bilər. "Real"dan əlavə, "Yuventus" və "İnter" də gürcünün keçidində maraqlıdır.