NTD heyətinə yeni legioner cəlb edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
ABŞ-dən olan basketbolçu Rayan Kaleb Bartli yeni mövsümdə komandanın formasını geyinəcək. 23 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, oyunqurucusu mövqeyində çıxış edən Rayan Kaleb Bartli ötən mövsümü ABŞ-də "Hyuston Kristian Haskiz" komandasında keçirib.