"Milan"ın baş məşqçisi Ruben Amorim "Real"ın hücumçusu Endriki İtaliya klubuna keçməyə razı salmaq üçün braziliyalıya şəxsən zəng edib. Sport24.az xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, bu söhbət futbolçunun mümkün keçidlə bağlı mövqeyinə təsir edib və o, "Milan"a keçməkdə maraqlı olduğunu bildirib.

 

Amorim braziliyalını sağ cinah hücumçusu və ya Qonsalu (Ramos) ilə yanaşı oynayan ikinci hücumçu kimi istifadə etməyi planlaşdırır. Telefon danışığı zamanı məşqçi futbolçuya onu komandada necə istifadə etmək niyyətində olduğunu şəxsən izah edib.

 

Daha əvvəl icarə əsasında keçid variantının nəzərdən keçirildiyi bildirilirdi.

 

"Transfermarkt" portalına əsasən Endrikin hazırkı bazar dəyəri 40 milyon avrodur.

 

Qeyd edək ki, 20 yaşlı braziliyalı bu mövsüm "Kral klubu"nun heyətində cəmi bir oyun keçirib.