Azərbaycanın gənc boksçusu Səma Abbasova Monteneqronun Budva şəhərində təşkil olunan U-17 Avropa çempionatında böyük uğura imza ataraq adını həlledici mərhələyə yazdırıb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinal görüşündə rusiyalı rəqibi Yustina Anufriyeva ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmanı üstün başa vuran Abbasova 4:1 hesabı ilə inamlı qələbə qazanaraq qızıl medal uğrunda döyüşməyə haqq qazanıb.