15 yaşadək futbolçulardan ibarət millimiz Bakıda təlim-məşq toplanışı keçirəcək. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Komanda oktyabrın 16-dan 18-dək Dalğa Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.
Qeyd edək ki, U-15 yığması oktyabrın 19-dan 27-dək Maltada təşkil olunacaq UEFA İnkişaf Turnirində iştirak edəcək.