"Real"ın baş məşqçisi Joze Mourinyo açıqlama verib. Sport24.az xəbər verir ki, mütəxəssis İspaniya mətbuatına müsahibəsində futbolçularla davranışından söz açıb:

 

"Paltardəyişmə otağında hər şey fərqlidir. Sakit görünə bilərəm, amma sərt qaydalarımız var. Fanatlara söz verirəm, hansısa oyunçu "Real"a yaraşan futbolu oynamazsa, onu bir daha stadionda görməyəcəksiniz. Ehtiyatda belə qalmayacaq".

 

Qeyd edək ki, "Real" La Liqada 7 turdan sonra 15 xalla 4-cü sıradadır. Madrid təmsilçisi lider "Barselona"dan 6 xal geri qalır.