"Barselona" Çempionlar Liqasının II turunda "Qalatasaray"la qarşılaşacaq. Sport24.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Rafinya görüşü buraxacaq.

 

Bu barədə komandanın baş məşqçisi Hansi Flik yerli mətbuata açıqlamasında deyib.

 

Braziliyalı futbolçu zədə səbəbindən matçda oynamayacaq.

 

Qeyd edək ki, Oktyabrın 13-də keçiriləcək "Qalatasaray" – "Barselona" qarşılaşmasına saat 23:00-da start veriləcək.