Misli Premyer Liqasının 7-ci turunun ikinci oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı təmsilçisi "Qəbələ"ni qonaq edir.
Hər iki komanda turnir cədvəlinin alt pilllərində yer alıb. Meydan sahibləri 2 xalla 11-ci yerdə qərarlaşıbsa, aktivində 4 xal olan qonaqlar 9-cudur. Bu səbəbdən hər iki kollektivin xala və xallara ehtiyacı var. Qonaqlar uğursuz startdan sonra artıq baş məşqçi dəyişikliyinə gedib. Gürcü Kaxaber Tsxadadzeni şimali makedoniyalı Yeton Bekiri əvəzləyib. Böyük ehtimalla, "Sumqayıt" bu oyunda da xalsız qalsa, eyni aqibəti portuqaliyalı Filipe Kandido yaşayacaq.
Qeyd edək ki, tura sabah keçiriləcək "Şəfa" - "Turan Tovuz" və "İmişli" - "Qarabağ" matçları ilə yekun vurulacaq.
Misli Premyer Liqası
I dövrə, VII tur
19:30. "Sumqayıt" - "Qəbələ"
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Kərim Zeynalov, Murad Səlimov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Sumqayıt. "SOCAR Polymer Arena".