"Napoli"nin yarımmüdafiəçisi Kevin De Brüyne karyerasını MLS-də (Major League Soccer) davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, "San-Dieqo" 35 yaşlı belçikalı futbolçunu heyətinə qatmaq üçün danışıqları bərpa edib. "Napoli" yarımmüdafiəçinin müqaviləsini daha bir mövsüm uzatmaq hüququndan istifadə etməyi planlaşdırmır. Bu isə o deməkdir ki, onun hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. Bu vəziyyətdə, İtaliya klubu əməkhaqqı xərclərini azaltmaq məqsədilə yanvarda maraqlı tərəflərlə danışıqlara getməyə hazırdır.

 

De Bruynenin nümayəndələri noyabrda müqavilənin maliyyə şərtlərini və veteran futbolçunun MLS klubunun uzunmüddətli layihəsindəki rolunu müzakirə etmək üçün "San-Dieqo" rəhbərliyi ilə üzbəüz görüşəcəklər.