"Real"ın baş məşqçisi Joze Mourinyo mövsümə o qədər də yaxşı başlamayan Vinisius Juniora dəstəyini ifadə edib. Sport24.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə "Yahoo Sports"-a açıqlama verib:

 

"Hisslərimi gizlətmirəm. Onu belə görmək məni pərişan edir və kədərləndirir. O, yaxşı formada olmaq, oyunların taleyini həll etmək və komandasına fayda vermək istəyir. Vinisius əvvəlki səviyyəsinə qayıtmaq üçün çox çalışır.

"Real"ın azarkeşlərinə hörmət edirəm. Lakin bəzilərinin hazırda ona dəstək olmaması mənə ağır gəlir. O, buna layiqdir. Futbolçu "Real"ın azarkeşlərinə böyük sevinc bəxş edən həmin Vinisius olmağı çox istəyir".

 

Qeyd edək ki, 26 yaşlı braziliyalı bu mövsüm 8 oyunda meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.