Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) II turun daha iki görüş keçiriləcək. Sport24.az xəbər verir ki, "LANDAU Lions" NTD, "Neftçi" isə "Ordu" ilə qarşılaşacaq.
Birinci oyunun start fiti saat 15:00-da səslənəcək. İkinci qarşılaman isə saat 18:00-da başlayacaq.
Hər iki görüş Bakı İdman Sarayında təşkil olunacaq.
Qeyd edək ki, ötən gün turun ilk qarşılaşmasında "Sumqayıt" evdə "Naxçıvan"a məğlub olub - 76:87.