Yarımmüdafiəçi Koul Palmer "Çelsi" ilə müqaviləsini 2034-cü ilə qədər uzadıb. Sport24.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı ingilis futbolçu, əvvəlcə 2033-cü ilə qədər nəzərdə tutulmuş mövcud müqaviləsini daha yaxşı şərtlərlə bir il uzadıb.
Qeyd edək ki, Palmer "Çelsi"yə 2023-cü ildə keçib. O, London klubunun heyətində ümumilikdə 138 oyun keçirib, 58 qol vurub və 34 məhsuldar ötürmə edib.