Bakının ev sahibliyi etdiyi cüdo üzrə dünya çempionatında Azərbaycan yığması növbəti uğuruna imza atıb. Sport24.az xəbər verir ki, +100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşanqi Kokauri fəxri kürsünün ikinci pilləsinə qalxıb.

 

Yarımfinal mərhələsində Finlandiya cüdoçusu Martti Puumalaynen üzərində inamlı qələbə qazanaraq adını finala yazdıran təcrübəli idmançımız həlledici qarşılaşmada rusiyalı İnal Tasoyevlə üz-üzə gəlib. Gərgin keçən görüşdə rəqibinə məğlub olan Kokauri mundialın gümüş medalına sahib çıxıb.

 

Uşanqi Kokaurinin bu uğuru sayəsində Azərbaycan milli komandasının Bakıdakı dünya çempionatında qazandığı medalların ümumi sayı 7-yə yüksəlib.