"Mançester Yunayted" ötən gün Premyer Liqanın 6-cı turu çərçivəsində öz meydanında "Tottenhem"lə 1:1 hesablı heç-heçə edib. Sport24.az xəbər verir ki, 6 turdan sonra "Mançester Yunayted" 6 xalla Premyer Liqa turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.

 

"Squawka"nın məlumatına görə, bu, "Mançester Yunayted"in son 40 ildə İngiltərə çempionatındakı ilk altı tur ərzində göstərdiyi ən pis nəticədir.

 

1986/87-ci il mövsümündə "Mançester Yunayted" ilk altı oyundan sonra 4 xal toplamışdı. Komanda həmin mövsümü yekunda 11-ci pillədə başa vurmuşdu.

 

Qeyd edək ki, həmin mövsüm baş məşqçi Ron Atkinson istefaya göndərilmiş və 1986-cı ilin noyabrında komandanın "sükanı arxasına" Aleks Ferqyuson dəvət olunmuşdu.