Azərbaycan kamandan oxatma idmanında əlamətdar və tarixi bir yarış keçiriləcək.  Ölkə tarixində ilk dəfə olaraq qadın və kişi idmançılar eyni kubok uğrunda birgə mübarizə aparacaqlar.

 

Sport24.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə oktyabrın 18-də böyüklər arasında Super Kubok yarışı baş tutacaq. Binə Atçılıq Mərkəzində açıq havada təşkil olunacaq turnirdə oxatanlar 70 metr məsafədən hədəfləri vuracaqlar.

 

Mötəbər turnirdə kişilərdən Məhəmmədəli Əliyev, Sərdar Vəliyev, Hüseyn Məhərrəmov və Nurlan Rəhimli, qadınlardan isə Yaylagül Ramazanova, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova və Aliyə Əliyeva.

 

Təşkilatçıların bildirdiyinə görə, bu formatda Super Kubokun keçirilməsində əsas məqsəd ölkədə kamandan oxatmanın kütləviliyini təmin etmək və təmsilçilərimizin peşəkar ustalıq səviyyəsini daha da artırmaqdır.