Türkiyə Superliqasında 7-ci turun bir sıra oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi "Ərzurumspor" "Alanyaspor"la qolsuz heç-heçə edib (0:0).
Axundzadə matçın bütün 90 dəqiqəsini ehtiyat oyunçular skamyasında keçirib.
Hazırda aktivində 8 xal olan "Ərzurumspor" turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.