UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində keçiriləcək "Sabah" - "Slaviya" ( Çexiya) oyununda ədaləti Avstriyadan olan hakimlər briqadası qoruyacaq. Sport24.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Sebastian Qishamer olacaq.
Ona həmyerliləri Roland Ridel və Santino Şrayner kömək edəcək. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Alan Kiyas , AVAR-da Josef Spurni olacaq.
Qeyd edək ki, qarşılaşma oktyabrın 13-da, Bakı Olimpiya Stadionunda saat 20:45-də start götürəcək.