"Nihad Əhmədzadə ilə bağlı yayılan məlumatlar arasında onun müqavilə imzalamaq istəmədiyi barədə iddialar da var idi. Bu, tamamilə yalan məlumatdır. Nihadin 2028-ci ilə qədər müqaviləsi var. Onun əvəzedici komandaya göndərilməsinin səbəbi isə tam başqadır. Nihad da, yaxınları da bunun səbəbini çox yaxşı bilirlər. Məqsədimiz onu qorumaqdır. Ümid edirəm ki, hələ gec deyil və Nihad etdiyi səhvləri anlayaraq meydandan kənardakı həyat tərzində müəyyən dəyişikliklər edəcək". Sport24.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın prezidenti Riad Rəfiyev deyib.
Klub prezidenti son günlər "Sumqayıt"ın və U-21-in futbolçusu Nihad Əhmədzadənin əsas heyətdən kənarlaşdırlaraq əvəzedci heyətə göndərilməsi ilə bağlı söz-söhbətə aydınlıq gətirib:
"Mən hər zaman bütün gənc futbolçularımızın arxasında olmuşam və olacağam. Sadəcə, son vaxtlar Nihadla bağlı çox xoşagəlməz məlumatlar alırdıq. Təəssüf ki, bu məlumatlar doğru idi".
Qeyd edək ki, Nihad Əhmədzadə dünən baş tutan "Sumqayıt" – Qəbələ" matçının 78-ci dəqiqəsində Ronal Vaskezin əvəzinə meydana çıxıb.