Azərbaycanlı futbolçu Zamiq Əliyev Albaniyanın "Eqnatiya" klubundan ayrılmaq istəyir. Sport24.az-ın əldə etdiyi məlumata görə, 25 yaşlı müdafiəçi bu barədə artıq agentini məlumatlandırıb.
Buna baxmayaraq, Əliyev Azərbaycana qayıtmaq niyyətində deyil. O, karyerasını Avropanın daha aparıcı çempionatlarından birində davam etdirməyi planlaşdırır.
Sport24.az-ın əldə etdiyi digər məlumata görə, futbolçunun meneceri hazırda onun üçün Belçikada klub axtarır.
Qeyd edək ki, Zamiq Əliyev "Eqnatiya" ilə iki dəfə Albaniya çempionu olub. Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov isə son təlim-məşq toplanışlarında 25 yaşlı müdafiəçiyə dəvət göndərməyib. Onun hazırkı müqaviləsi yayda bitir