UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turu çərçivəsində keçiriləcək "Qalatasaray" – "Barselona" matçının hakimləri müəyyənləşib. Sport24.az xəbər verir ki, qarşılaşmanı italiyalı Marko Quida idarə edəcək.
Ona yan xətlərdə Corcio Peretti və Cüzeppe Perotti köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fabio Mareska yerinə yetirəcək. VAR hakimi Marko Di Bello, onun köməkçisi (AVAR) isə Aleandro Di Paolo olacaq.
Qeyd edək ki, "Qalatasaray" – "Barselona" görüşü oktyabrın 13-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.