"Real" hücumçusu Vinisius Junior və braziliyalı influenser Virciniya Fonseka ayrılıblar. Sport24.az xəbər verir ki, bu barədə Fonsekanın nümayəndələri "G1"-ə danışıblar.

 

İnfluenserin yaxın ətrafı bildirib ki, onlar arasında heç bir münaqişə və ya mübahisə olmayıb. Cütlük sadəcə münasibətlərini davam etdirməmək qərarına gəlib.

 

Braziliya millisinin futbolçusu ilə sahibkar xanım arasındakı münasibətlər 2025-ci ilin sonlarında başlamışdı. 2026-cı ilin mayında Virciniya sosial şəbəkələrdə ayrıldıqlarını elan etmiş və münasibətə böyük səy sərf etdiyini, lakin vacib bir dərs aldığını bildirmişdi: "Heç vaxt güzəştə getməyin mümkün olmadığı məsələlərdə güzəştə getməyin".

 

İyul ayında isə cütlük Qoyaniyada Virciniyanın fitnes klubunun açılışında birlikdə görünərək pərəstişkarlarını təəccübləndirmişdi. Vinisius və Virciniya kameralar qarşısında öpüşərək yenidən bir araya gəldiklərini təsdiqləmişdilər.