Böyük Britaniyanın Baş naziri Endi Börnem maliyyə pozuntuları ilə bağlı qalmaqal fonunda "Mançester Siti" rəhbərliyi ilə əlaqələrinə dair məlumatları açıqlamağı vəd edib. Sport24.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Siyasətçi bir neçə gün öncə BƏƏ-dən olan klub sahiblərinin getməsi halında narahatlıq keçirəcəyini bildirdikdən sonra tənqidlərlə üzləşmişdi. Börnem onların Mançesterin inkişafına verdiyi töhfəni xüsusi vurğulamışdı.
Börnem qonaq olduğu "The Rest Is Politics" podkastında yaşananlarla bağlı bunları deyib:
"Müxalifət lideri məndən görüşlərimin təfərrüatlarını açıqlamağımı istədi və mən bunu məmnuniyyətlə edəcəyəm. Böyük Mançesterin meri olduğum müddətdə klubla əlaqələrimə dair bütün məlumatları ictimaiyyətə təqdim edəcəyəm".
Qeyd edək ki, müstəqil komissiya daha əvvəl "Mançester Siti"ni Premyer Liqanın maliyyə qaydalarını pozmaqda təqsirli bilmişdi. Klub ittihamları rədd edir və qərardan şikayət verəcək.