İkinci liqada yeddinci turun oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.

 

"Difai" "Şəki"ni, "Zəngəzur" isə "Şirvan"ı qonaq edir.

 

Qeyd edək ki, hesabat həftəsinin ilk oyununda "Qaradağ Lökbatan" "Ağstafa Gəncləri"ni 2:1 hesabı ilə məğlub edib.

 

II Liqa

VII tur

14:00. "Difai" - "Şəki"
Hakimlər: Ləman Əmirli, Rizvan Süleymanov, Təhmin Cəlilbəyli, Rəsul Babayev.
Bakı. Palms Sports Futbol Mərkəzi (Dördüncü meydança)

15:30. "Zəngəzur" - "Şirvan"
Hakimlər: Samir Musayev, Sadiq Əliyev, Ruslan Babayev, Sənan Bayramzadə.
Binə qəsəbə stadionu