AFFA-nın yeni match.affa.az və @AFFA.istedadlar sosial media layihəsi ictimaiyyətə təqdim olunub. Sport24.az xəbər verir ki, tədbirdə AFFA rəhbərliyi və rəsmi şəxslər iştirak edib.

 

Təqdimat çərçivəsində milli assosiasiyanın həyata keçirdiyi rəqəmsal platformalar və gənc futbolçuların inkişafına dair məsələlər diqqətə çatdırılıb. Daha sonra təqdimatla bağlı videoçarx nümayiş olunub.

 

Mərasimdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev çıxış edib. O, AFFA-nın gördüyü işlər, Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı ilə bağlı proseslər barədə məlumat verib.

 

Fərəcullayev həmçinin digər layihələrlə bağlı danışıb. O, müxtəlif layihələrə artıq start verildiyini bildirib. Baş katib təqdim edilən yeni rəqəmsal platformaların uşaqların motivasiyasına müsbət təsir göstərəcəyini qeyd edib.

 

Qeyd edək ki, match.affa.az saytında gənclər futbolu, yarışlar və inkişaf mövzularında məqalələr yerləşdiriləcək. Həmçinin AFFA-nın aşağı yaş qrupları üzrə çempionatları barədə məlumatlar almaq mümkün olacaq.