Kurasao millisinin qapıçısı Eloy Rum "Ginnesin Rekordlar Kitabı"na düşüb. Sport24.az xəbər verir ki, bu barədə "Teradeportes" portalı məlumat yayıb.

 

Rum dünya çempionatında ən çox seyv edən qapıçı kimi bu uğura imza atıb.

 

DÇ-2026-nın 2qrup mərhələsində Ekvadora qarşı keçirilən oyunda (0:0) qolkiper 15 seyv edib. O, Kurasaonun debüt etdiyi mundialda tarixindəki ilk xalı qazanmağa kömək edib.

 

Qeyd edək ki, Kurasao yığması DÇ-2026-da daha bir rekordla də yadda qalıb. Komandanın baş məşqçisi, 78 yaşlı Dik Advokat turnir tarixində ən yaşlı baş məşqçi olub. Kurasao həmçinin tarixdə dünya çempionatına vəsiqə ən kiçik ölkə olub. Ada dövlətinin əhalisi təxminən 156 000 nəfərdir.