Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib. Sport24.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, "Zirə"nin futbolçusunun yubileyi "Şamaxı" ilə matça (1:1) təsadüf edib.

 

Müdafiəçi Misli Premyer Liqasının VII turuna start heyətində çıxıb.

 

Debütü 2018/19 mövsümündə gerçəkləşən Seydiyev 200 qarşılaşmada 6 qol vurub. O, bu müddətdə üç klubun formasını geyinib. Müdafiəçi "Qəbələ"də 31 (1 qol), "Sabah"da 162 (5 qol), "Zirə"də 6 dəfə şans qazanıb.