"Mançester Yunayted"in hücumçusu Coşua Zirkze İtaliyanın "Napoli" klubuna keçməyə razılıq verib. Transferin yanvarda baş tutacağı gözlənilir. Sport24.az xəbər verir ki, bu barədə "Football365" portalı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "Napoli"yə mümkün keçidə hazırda həmin klubda çıxış edən "Mançester Yunayted"in keçmiş oyunçuları – Rasmus Höylund və Skott Maktominayın olması müsbət təsir göstərə bilər. "Napoli" ilə yanaşı, "Yuventus" da niderlandlı hücumçu ilə maraqlanır.

 

Daha əvvəl bildirilmişdi ki, "Mançester Yunayted" rəhbərliyi heyətdəki kadr çatışmazlığı səbəbindən yanvar ayında transfer bazarında daha fəal mövqe tutmağı nəzərdən keçirir.

 

Zirkze 2024-cü ilin yayında təxminən 36,5 milyon funt-sterlinq (43 milyon avro) qarşılığında "Bolonya"dan "Mançester Yunayted"ə keçib.

 

Qeyd edək ki, cari mövsümdə hücumçu meydana çıxdığı 5 oyunda nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalıb.